Surə 9 · Cüz 10
At-Tawbah · 9:28
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ
28. Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar. Əgər kasıblıqdan qorxursunuzsa, bilin ki, Allah istəsə, Öz lütfündən bəxş etməklə sizi varlandırar. Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
Təfsir
Ey Allaha və Onun Rəsuluna iman gətirib, Rəsulun şəriətinə tabe olan kimsələr! Həqiqətən də, müşriklər küfür, zülm əməllərinə görə və həmçinin pis və xoşağəlməz adətləri və əxlaqları olduğu üçün murdardırlar. Odur ki, özlərinin bu ilindən, yəni, hicrətin doqquzuncu ilindən sonra həcc və ömrə etmələrindən aslı olmayaraq Məscidulharama yaxınlaşmasınlar. Ey möminlər! Əgər müşriklərin sizə gətirdikləri qida və ticarət mallarının bundan sonra gəlməməsi səbəbindən kasıb olacağınızdan qorxursunuzsa, bilin ki, Allah istəsə, sizə Öz lütfü ilə bəs edər. Allah halınızı daha yaxşı bilir. O, sizin üçün verdiyi bu hökmlərin də hikmət sahibidir.