Surə 9 · Cüz 10

At-Tawbah · 9:25

لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ

25. Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız.

Təfsir

Ey möminlər! Allah, sayınızın və qüvvənizin az olmasına rəğmən Allaha təvəkkül edib, səbəblərdən yapışdığınıza görə sizə müşriklərdən olan düşməninizə qarşı bir çox döyüş­lər­də kö­mək etmiş­dir. Heç zaman sayınızın çoxluğu ilə qürurlanmayın, çox olmanız heç də düşmən üzərində qələbə çalmaq üçün səbəb deyildir. Hərçənd Hüneyn döyüşü günü siz sayınızın çoxluğu ilə qürurlanıb öyündünüz və: "Bu gün sayımızın çox olduğuna görə kimsə bizə qələbə çala bilməz" - dediniz, lakin sayınızın çox olması ilə qürurlanıb öyünməyiniz sizin ka­rı­nıza gəlmədi. Düşmən sizi məğlub etdi. Yer üzü öz geniş­liyinə rəğmən sizə dar gəl­di, sonra düşmənə arxa çevirib məğlub olaraq qaç­dı­nız.

Oxuyucuda aç - Surəni tam oxu