Surə 9 · Cüz 10
At-Tawbah · 9:24
قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ
24. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmrini verincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”.
Təfsir
Ey Peyğəmbər! De: "Ey möminlər! Əgər atalarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohum-əqrəbanız, qazandığınız mallar, rəvac olmasını istədiyiniz, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və yaşamaq istədiyiniz evləriniz və bunların hamısı sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allahın əzabını və cəzasını gözləyin. Allah, Onu razı salan əməllər etməyib, əksinə Onun itaətindən çıxan kimsələri xeyirə müvəffəq etməz".