Surə 8 · Cüz 10

Al-Anfal · 8:60

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ

60. Düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz, lakin Allahın bil­diyi kimsələri qor­xudasınız. Allah yolunda nə xərc­lə­səniz, əvəzi sizə tam ödə­ni­lər və sizə zülm edilməz.

Təfsir

Ey möminlər! Atıcılıqla və s. bu kimi şeylərlə düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qoşun və qüvvə hazırlayın. Onlarla döyüşə Allah yolunda bəsləyib saxladığınız döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, kafirlərdən sizə müsibət gəlməsini gözləyən öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz və həmçinin qəlblərində sizə qarşı düşmənçilik gizlətdiklərini bilmədiyiniz düşmənlərinizi qorxudasınız. Siz onları tanımasanızda lakin Allah onların daha yaxşı tanıyır və onların kim olduğunu və qəlblərində sizə qarşı nə gizlətdiklərini daha yaxşı bilir. Allah yolunda az və ya çox olmasından aslı olmayaraq nə xərc­lə­səniz, Allah sizə dünya həyatında onun əvəzini, axirət həyatında isə sizə kamil savab bəxş edər. Elə isə malınızı Allah yolunda xərcləməyə tələsin!

Oxuyucuda aç - Surəni tam oxu