Surə 8 · Cüz 10
Al-Anfal · 8:59
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا سَبَقُوا ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ
59. Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər.
Təfsir
Qoy kafirlər Allahın əzabından qaçıb qurtara biləcəklərini zənn etməsinlər. Çünki onlar Allahın əzabından əsla qaçıb yaxa qurtara bilməzlər. Onlar harada olsalar belə, Allahın əzabı mütləq onları yaxalayacaqdır.