Surə 8 · Cüz 10

Al-Anfal · 8:42

إِذْ أَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْيَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوَىٰ وَالرَّكْبُ أَسْفَلَ مِنْكُمْ ۚ وَلَوْ تَوَاعَدْتُمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ ۙ وَلَٰكِنْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَيَّ عَنْ بَيِّنَةٍ ۗ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ

42. O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir.

Təfsir

Yadınıza salın ki, O zaman siz vadinin Mədinəyə ya­xın tərə­fində, müşriklər vadinin uzaq, yəni, Məkkəyə yaxın tərə­fində, kar­van isə sizdən aşa­ğı­da Qırmızı dənizin sahilinə yaxın bir yerdə idi. Əgər siz və müşriklər Bədrdə qarşı-qarşıya gəlmək üçün vədələş­mək istəsəy­diniz bir-birinizlə ixtilaf edərdiz. Lakin bütün nöqsanlardan münəzzəh olan Allah sizi aranızda əvvəlcədən vədələşmə olmadan Bədrdə cəm etdi ki, olacaq işi, yəni, möminlərə zəfər nəsib edərək kafirləri zəlil etməyi, dinini izzətli, şirki isə alçaq tutmağı hə­yata keçirsin. Müşriklərdən həlak olan, möminlərin özlərindən sayca və döyüş hazırlığı baxımından qat-qat az olduğunu açıq-ay­dın bildikdən sonra həlak olsun, onlardan sağ qalanları da Allahın möminlərə yardım etdiyinə açıq-aydın bir dəlillə sağ qalsın ki, kiminsə Allah yanında bəhanəsi olmasın. Allah hər bir deyilən sözü eşi­dən­­dir, hər bir edilən əməli bi­lən­dir. Ona heç bir şey gizli qalmaz və O, qulların etdikləri əməllərin müqabilini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu