Surə 8 · Cüz 10

Al-Anfal · 8:41

۞ وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

41. Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəs­tə­nin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir.

Təfsir

Ey möminlər! Əgər siz Allaha və haqla batili bir-birindən ayırd edərək sizə düşməniniz üzərində zəfər çalmağa nəsib etdiyi Bədir günü qulumuz Muhammədə (ona Allahın salavatı və salamı olsun) nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, Allah yolunda cihad edərkən kafirlərdən zorla əldə etdiyiniz mal beş hissəyə bölünməlidir. Həmən malın beşdə dörd hissəsi mücahidlərin payına düşür. Qalan beşdə bir hissə isə beş qismə bölünərək paylanılmalıdır. Bu malın bir qismi Allah və Rəsulunun payına düşür. Bu qisim, müsəlmanların ümumi məsrəflərinə sərf edilir. Bir qisim Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Haşim və Muttalib oğullarından olan yaxınlarının payına düşür. Bir qisim, yetimlərin, bir qisim fəqir və miskinlərin, diğər bir qisim isə yarı yolda qalmış müsafirlərin payına düşür. Sizə yardım edən Allah hər şeyə qa­dirdir.

Oxuyucuda aç - Surəni tam oxu