Surə 7 · Cüz 9
Al-A'raf · 7:88
۞ قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لَنُخْرِجَنَّكَ يَا شُعَيْبُ وَالَّذِينَ آمَنُوا مَعَكَ مِنْ قَرْيَتِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۚ قَالَ أَوَلَوْ كُنَّا كَارِهِينَ
88. Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?
Təfsir
Şueyb - Aleyhissəlam - qövmünün təkəbbürlü başçıları ona dedilər: "Ey Şueyb! Ya biz səni və səninlə birlikdə sənə iman gətirənləri mütləq bu yurdumuzdan çıxaracaq, ya da sən bizim dinimizə qayıdacaqsan". Şueyb onların bu sözünə təəccüb edərək və onlara inkar edərək dedi: "Biz sizin getdiyiniz yolun batil olduğunu bildiyimiz halda, hətta nifrət etmiş olsaq belə, sizin dininizə və yolunuza tabe olacağıq?"