Surə 7 · Cüz 8
Al-A'raf · 7:87
وَإِنْ كَانَ طَائِفَةٌ مِنْكُمْ آمَنُوا بِالَّذِي أُرْسِلْتُ بِهِ وَطَائِفَةٌ لَمْ يُؤْمِنُوا فَاصْبِرُوا حَتَّىٰ يَحْكُمَ اللَّهُ بَيْنَنَا ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
87. Əgər aranızdan olan bir dəstəniz mənimlə göndərilənə inanmış, bir dəstəniz isə inanmamışsa, Allah aramızda hökm verənədək səbir edin. Axı O, hakimlərin ən yaxşısıdır”.
Təfsir
Əgər aranızdan olan bir camaat Rəbbimdən təbliğ etdiyimə inanmış, bir camaatınız isə buna inanmamışsa, elə isə ey yalan hesab edən kimsələr! Allah aramızda hökm verənədək gözləyin. Çünki O, hökm verənlərin ən yaxşısı və ən ədalətlisidir.