Surə 7 · Cüz 8

Al-A'raf · 7:75

قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُرْسَلٌ مِنْ رَبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ

75. Onun qövmünün təkəb­bür­lü za­də­ganları öz araların­dan iman gətirən zəiflərə de­dilər: “Siz Sale­hin öz Rəbbi tə­rəfindən gön­dəril­diyini bilir­si­nizmi?” Onlar dedi­lər: “Həqi­qətən, biz onun­la gön­­dərilən­ hər şeyə inanırıq”.

Təfsir

Onun qövmünün təkəb­bür­lük edən başçıları öz araların­dan iman gətirmiş zəif möminlərə de­dilər: "Ey Möminlər! Siz Sale­hin həqiqətən də, Allah tə­rəfindən gön­dərilən bir elçi olduğunu bilir­si­nizmi?" Bu zaman zəif möminlər onlar belə cavab verdilər: "Həqi­qətən, biz Salehlə gön­­dərilən­ hər şeyə inanır, təsdiq edir, boyun əyir və onun gətirdiyi şəriətə əməl edirik".

Oxuyucuda aç - Surəni tam oxu