Surə 7 · Cüz 8

Al-A'raf · 7:74

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

74. Xatırlayın ki, Allah sizi Ad qöv­mün­dən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzən­lik­lə­rin­də qəsr­lər tikir, dağ­larda evlər yonur­su­nuz. Alla­hın nemətlərini ya­da salın, yer üzün­də fəsad ya­ya­raq pis işlər gör­məyin”.

Təfsir

Ad qöv­mü elçiləri yalan sayıb, küfr əməllərində davam etdiklərinə görə onları həlak etdikdən sonra Allahın sizi onların ardından yer üzündə xələflər təyin etdiyini və sizi yer üzündə yerləşdirib, orada istədiyinizi edib faydalanmanız üçün bütün vasitələri sizə asanlaşdırdığını və yer üzünün düzən­lik­lə­rin­də qəsr­lər bina edib, dağ­ları da yonub özünüzə evlər inşa etdiyiniz nemətini xatırlayın. Allaha şükür etməyiniz üçün Onun sizə bəxş etdiyi nemətlərini ya­da salın, yer üzün­də Allaha küfr və asiliklər etməkdən əl çəkib orada fəsad törətməyin.

Oxuyucuda aç - Surəni tam oxu