Surə 7 · Cüz 8

Al-A'raf · 7:54

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

54. Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yara­dan, son­ra da Ərşə ucalan Allah­dır. O, gündüzü sür­ətlə təqib edən ge­cə ilə örtüb bü­rüyür. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edən də Odur. Əs­lində, ya­ratmaq da, əmr et­mək də Ona məx­sus­dur. Aləm­lərin Rəbbi Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.

Təfsir

Ey İnsanlar! Doğrudan da, sizin Rəbbiniz göyləri və yeri altı gündə misilsiz yara­dan, son­ra da sizim dərk edə bilməyəcəyimiz tərzdə, Öz Cəlalına layiq bir şəkildə ərşə ucalan Allah­dır. O, gecənin zülmətini gündüzün nuru ilə, gündüzün nurunu isə gecənin zülməti ilə aparır. Onlardan hər biri, bir-birini sür­ətlə təqib edər və bir anda olsun belə o birindən gecikməz, belə ki, biri getdikdə dər hal o birisi onu əvəz edər. Gü­nəşi, ayı və ulduzları Öz əmrinə ta­be edərək xəlq edəndə də Pak olan Allahdır. Bilin ki, xəlq etmək bütünlüklə Allaha məxsusdur. Axı Ondan başqa xəlq edən kimdir? Hökm verməkdə yalnız Ona məxsusdur! Onun xeyiri, bərəkəti və lütfü boldur. Cəlal və kamillik sifətləri ilə vəsf olunan da yalnız aləm­lərin Rəbbi olan Allahdır.

Oxuyucuda aç - Surəni tam oxu