Surə 7 · Cüz 8

Al-A'raf · 7:53

هَلْ يَنْظُرُونَ إِلَّا تَأْوِيلَهُ ۚ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِنْ قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فَهَلْ لَنَا مِنْ شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ

53. Yoxsa kafirlər yalnız Qu­randa veri­lən xəbər­lərin aqi­bəti­ni göz­lə­yir­lər? Onun aqibəti gəl­diyi gün əv­vəl­lər onu unu­dan kəslər de­yə­­cəklər: “Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri haqqı gətir­miş­dilər. İndi bizim tərəfimizi sax­layan şəfaət­çilər varmı? Yaxud geri qay­ta­rı­la­ca­ğıqmı ki, əvvəl­lər etdi­yimiz əməl­­lərdən qeyrisini edək?” On­lar özlərini ziyana uğratdı­lar. Uy­dur­duq­ları bütlər isə onlardan uzaq­la­şıb qeyb olacaqlar.

Təfsir

Kafirlər yalnız axirətdə onlara ağrılı-acılı əzabın baş veriləcəyi xəbər­inin baş verməsini göz­lə­yir­lər. Onlara xəbər verilən ağrılı-acılı əzabın baş verməsi və möminlərə vəd edilən savabın gəlib yetişdiyi gün, dünya həyatında Quranı unu­dub, ona əməl etməyən kəslər de­yə­­cəklər: "Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri heç bir şəkk-şübhə olmayan haqqı gətir­miş­dilər və onun Allahdan olması barədə heç bir şübhə yoxdur. Kaş, bizi əzabdan xilas etmək üçün Allah yanında bizim tərəfimizi sax­layan vasitəçilərimiz olaydı. Yaxud dünya həyatına geri qay­ta­rı­lıb etdiyimiz pis əməllərin əvəzinə saleh əməllər edib əzabdan canımızı qurtarardıq". Kafirlər etdikləri günahlar üzündən özlərini həlaka sürükləyərək ziyana uğradı­lar. Allahdan başqa ibadət etdikləri isə onlardan geyb oldu və onlara heç bir fayda verə bilmədilər.

Oxuyucuda aç - Surəni tam oxu