Surə 7 · Cüz 8
Al-A'raf · 7:47
۞ وَإِذَا صُرِفَتْ أَبْصَارُهُمْ تِلْقَاءَ أَصْحَابِ النَّارِ قَالُوا رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ
47. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!”
Təfsir
Sədd əhlinin gözləri Cəhənnəm əhlinə tərəf çevrildikdə və onların çəkdikləri şiddətli əzaba şahid olduqları zaman Allaha dua edərək deyəcəklər: "Ey Rəbbimiz, bizi küfr edərək və Sənə şərik qoşaraq öz nəfsinə zülüm edən zalımlara tay tutma!"