Surə 7 · Cüz 8
Al-A'raf · 7:46
وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَنْ سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ
46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: “Sizə salam olsun!” deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
Təfsir
Bu iki tərəfin - Cənnət və Cəhənnəm əhli arasında "əl-Əraf" yəni, sədd deyilən hündür bir maneə vardır və bu hündür maneənin üzərində isə yaxşı əməlləri ilə pis əməlləri eyni səviyyədə olan insanlar vardır. Onlardan Cənnət əhlinin üzlərinin ağlığı və Cəhənnəm əhlinində üzlərinin qaralığı kimi əlamətləri ilə tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib hörmət əlaməti olaraq: "Sizə salam olsun!"–deyəcəklər. əl-Əraf əhli, Allahın rəhməti ilə ora daxil olmağı ümid etdikləri halda hələ Cənnətə daxil olmayan kimsələrdir.