Surə 7 · Cüz 9

Al-A'raf · 7:169

فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ وَرِثُوا الْكِتَابَ يَأْخُذُونَ عَرَضَ هَٰذَا الْأَدْنَىٰ وَيَقُولُونَ سَيُغْفَرُ لَنَا وَإِنْ يَأْتِهِمْ عَرَضٌ مِثْلُهُ يَأْخُذُوهُ ۚ أَلَمْ يُؤْخَذْ عَلَيْهِمْ مِيثَاقُ الْكِتَابِ أَنْ لَا يَقُولُوا عَلَى اللَّهِ إِلَّا الْحَقَّ وَدَرَسُوا مَا فِيهِ ۗ وَالدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ

169. Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. On­lar bu fani dün­ya malını alıb: “Biz bağışlanaca­ğıq!”– deyir­dilər. On­la­ra buna bənzər mən­fə­ətlər yenə də gəlsəydi, onu da alardılar. Mə­gər Allah barə­sin­də haqdan başqa bir şey söylə­məyəcəklərinə dair onlar­dan Kitabda yazılmış əhd alın­ma­mış­dı­mı? Halbuki on­lar Ki­tab­da olanları oxu­yub öy­rən­miş­di­lər. Axirət yurdu müttə­qi­lər üçün daha xeyirlidir. Məgər an­la­mır­sınız?

Təfsir

Onlardan sonra onlara xələflər olan pis insanlar gəldi. Ata-babalarından Tövrata varis olub onu oxudular, lakin ona əməl etmədilər. Allahın kitabını təhrif etmək və orada olandan başqa bir hökm vermək üçün çirkin dünya malını rüşvət olaraq qəbul etdilər. On­lar, Allah onların günahlarını bağışlayacağını özlərinə təsəlli verirdilər. Əgər on­la­ra buna bənzər dəyərsiz dünya malı gəlsəydi, tərəddüd etmədən onu da alardılar. Mə­gər Allah onlardan Onun barə­sin­də təhrif etmədən, haqdan başqa bir şey söylə­məyəcəklərinə dair əhd-peyman alın­ma­mış­dı­mı? Onların kitaba əməl etməmələri cahilliklərinə görə deyil, əksinə, özləri bilərəkdən ona əməl etmirdilər. Halbuki on­lar o kitabı oxuyub, orada olanları öy­rən­miş­di­lər. Bundan sonra onların haqqdan üz çevirmələri daha şiddətlidir. Amma Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinən kimsələr üçün axirət həyatı və orada olan daimi nemətlər fani dünya mənfəətindən daha xeyirlidir. Məgər Allahın kəlamlarını fani dünya malına dəyişən kimsələr, Allahın axirətdə müttə­qi­lər üçün hazırladığı nemətlərin daha xeyirli olduğunu an­la­mır­larmı?!

Oxuyucuda aç - Surəni tam oxu