Surə 7 · Cüz 9
Al-A'raf · 7:168
وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا ۖ مِنْهُمُ الصَّالِحُونَ وَمِنْهُمْ دُونَ ذَٰلِكَ ۖ وَبَلَوْنَاهُمْ بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
168. Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməlisaleh olanlar, həm də belə olmayanlar var. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə doğru yola dönələr.
Təfsir
Biz onları, yer üzündə bir camaat halında olduqdan sonra ümmətlərə və tayfalara böldük. Onlar arasında həm əməlisaleh olub, Allahın və insanların haqqlarını verən, həm mötədil olub, islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini etiraf edən bir camaat, həm də günah qazanmaqla öz nəfslərinə zülüm edən kimsələrdə vardır. Biz onları asanlıq və çətinliklə imtahan etdik ki, bəlkə günahlardan əl çəkib doğru yola qayıtsınlar.