Surə 7 · Cüz 9
Al-A'raf · 7:149
وَلَمَّا سُقِطَ فِي أَيْدِيهِمْ وَرَأَوْا أَنَّهُمْ قَدْ ضَلُّوا قَالُوا لَئِنْ لَمْ يَرْحَمْنَا رَبُّنَا وَيَغْفِرْ لَنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
149. Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) və haqq yoldan azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
Təfsir
Onlar tutduqları işdən peşman olub, çaşqınlıq içəində qaldıqları zaman, buzovu Allahla yanaşı özlərinə məbuq qəbul etdiklər üçün özlərinin doğru yoldan azdıqlarını bildikdə, Allaha yalvararaq: "Əgər Rəbbimiz bizi, Ona itaət etməyə müvəffəq edib bizə rəhm etməsə və buzova ibadət ediyimizə görə bizi bağışlamasa, əlbəttə, dünya və axirətlərini ziyana uğrayanlardan olarıq!"– dedilər.