Surə 7 · Cüz 9
Al-A'raf · 7:142
۞ وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
142. Biz Musaya otuz gecəlik vədə verdik və buna on gecə də əlavə etdik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma!”
Təfsir
Allah, elçisi Musa - aleyhissəlam - ilə otuz gecə danışması üçün ona vədə verdi, sonra da Allah buna on gecə də əlavə etdi və beləliklə də, bu gecələrin sayı qırx gecə oldu. Musa - aleyhissəlam - Rəbbi ilə danışmağa getmək istədikdə, qardaşı Haruna - aleyhissəlam - belə dedi: "Ey Harun! Qövmüm içərisində mənim xəlifəm ol, onları gözəl bir şəkildə, onlara yaxşı münasibət bəsləyərək onları idarə et, günahlar edərək fəsad törədənlərin yoluna uyma və günahkarlara da yardımçı olma!"