Surə 7 · Cüz 9

Al-A'raf · 7:137

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَىٰ عَلَىٰ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ

137. Musa ilə olan zəif qöv­mü isə yer üzünün xeyir-bə­rə­kət ver­di­yimiz şərq və qərb böl­gələrinə varislər təyin etdik. Sə­bir et­dik­lə­ri­nə görə Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki gözəl Sözü ye­rinə yet­di. Biz Firon və onun xal­qı­nın qur­duqlarını və tikib ucaltdıq­la­rı­nı darma­da­ğın etdik.

Təfsir

Firon və əyanlarının alçatdıqları İsrail oğullarını yer üzünün şərq və qərb böl­gələrinə varislər təyin etdik. Şərq və qərb bölgələri dedikdə burada qəsd olunan, Şam diyarıdır. Allah bu diyarın torpağından çıxan bitkisinə və meyvəsinə bol-bol bərəkət vermişdir. Ey Peyğəmbər! Beləliklə də, Rəbbinin İs­rail oğul­ları barə­sin­dəki: ﴾Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək﴿ [Qasas: 5] – dediyi gözəl sözü tam ye­rinə yet­di və nəhayət, Allah onları, Firon və onun qövmünün əziyyətlərinə səbir etdikləri üçün yer üzündə bərqərar etdi, Fironun qur­duğu yurd-yuvanı, əkin sahələrini və onların tikib ucaltdıq­la­rı qəsirləri darma­da­ğın etdi.

Oxuyucuda aç - Surəni tam oxu