Surə 7 · Cüz 9
Al-A'raf · 7:136
فَانْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ فِي الْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ
136. Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə Biz o tayfadan intiqam alaraq onları dənizdə qərq etdik.
Təfsir
Nəhayət onları həlak etməmiz üçün onlara verilən müəyyən vaxt gəlib yetişdikdə, ayələrimizi yalan hesab edib, heç bir şəkk və şübhə olmayan haqqı inkar edib, ondan üz çevirdiklərinə görə əzabımızı göndərərək onları dənizdə qərq etdik.