Surə 7 · Cüz 9
Al-A'raf · 7:109
قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ
109. Firon qövmünün əyanları dedilər: “Həqiqətən, bu, bilikli bir sehrbazdır.
Təfsir
Təkəbbürlü başçılar və əyanlar, Musanın - aleyhissəlam - əsasının gözləri önündə ilana çevrilməsini və əlinin də heç bir ləkə olmadan, ağappaq parlaq bir halda olmasını gördükdə dedilər: "Musa, sehri dərindən bilən, bilikli bir sehrbazdan başqa bir şey deyil".