Surə 7 · Cüz 9
Al-A'raf · 7:108
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
108. Əlini qoynundan çıxartdı və o, baxanlar üçün ağappaq parlaq bir əl oldu.
Təfsir
Musa - aleyhissəlam - əlini paltarının boyun keçən hissəsindən yaxud qoltuğunun altından çıxartdı və onu baxan insanlara heç bir ləkəsiz, ağappaq parlaq bir halda göstərdi.