Surə 68 · Cüz 29
Al-Qalam · 68:2
مَا أَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ
2. Məhz Rəbbinin mərhəməti sayəsində sən dəli deyilsən.
Təfsir
Ey Peyğəmbər! Allahın sənə bəxş etdiyi peyğəmbərlik sayəsində sən dəli divanə deyilsən, əksinə, sən müşriklərin səni ittiham etdikləri divanəlikdən uzaqsan.