Surə 68 · Cüz 29
Al-Qalam · 68:1
ن ۚ وَالْقَلَمِ وَمَا يَسْطُرُونَ
1. Nun. And olsun qələmə və qələmə alınanlara!
Təfsir
﴾Nun﴿. Artıq "əl-Bəqərə" surəsinin əvvəlində bunun bənzəri barədə açıqlama verilmişdir. Uca Allah bu ayədə qələmə və insanların qələmlə yazdıqlarına and içir.