Surə 67 · Cüz 29

Al-Mulk · 67:5

وَلَقَدْ زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِلشَّيَاطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ

5. Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq.

Təfsir

Biz yerə ən yaxın olan göyü işıq saçan ulduzlarla bəzədik və o ulduzları səma xəbərlərini oğurlayan şeytanları vurub yandırmaq üçün alovlar etdik. Biz o şeytanlar üçün axirətdə onları yandırıb-yaxan od əzabı da hazırlamışıq.

Oxuyucuda aç - Surəni tam oxu