Surə 67 · Cüz 29
Al-Mulk · 67:4
ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنْقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
4. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcək.
Təfsir
Sonra başını qaldır bir daha bax. Sənin gözün göyün xilqətində heç bir eyib və xələl tapmayıb zəlil və yorğun halda sənin özünə tərəf dönəcək.