Surə 67 · Cüz 29

Al-Mulk · 67:24

قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ

24. De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!”

Təfsir

Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yer üzünə göndərən və sizi orada yayıb səpələyəndə, heç bir şey yaratmağa qadir olmayan bütləriniz deyil, məhz Allahdır. Qiyamət günü siz haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün bütlərinizin deyil, təkcə Allahın hüzuruna toplanacaqsınız. Elə isə yalnız Ondan qorxun və yalnız Ona ibadət edin!

Oxuyucuda aç - Surəni tam oxu