Surə 67 · Cüz 29

Al-Mulk · 67:23

قُلْ هُوَ الَّذِي أَنْشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۖ قَلِيلًا مَا تَشْكُرُونَ

23. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”

Təfsir

Ey Peyğəmbər! Haqqı yalan sayan o müşriklərə de: "Sizi yaradan Allahdır. O Allah ki, sizə qulaq vermiş onun sayəsində eşidirsiniz, sizə göz vermiş onun sayəsində görürsünüz və sizə qəlb vermiş onun sayəsində dərk edirsiniz. Siz Onun sizə verdiyi nemətlərə necə də az şükür edirsiniz!"

Oxuyucuda aç - Surəni tam oxu