Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:5
رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا ۖ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
5. Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”
Təfsir
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə ki, bizim üzərimizdə hökmranlıq etsinlər və barəmizdə: "Əgər onlar haqq üzərində olsaydılar, biz onların üzərində hökmranlıq etməzdik" - desinlər. Ey Rəbbimiz! Bizi bağışla. Həqiqətən də, Sən qüdrətlisən, heç kəsin Sənə gücü çatmaz. Üstəlik də, Sən yaratmaq, şəri hökmləri təyin etmək, qədəri yazmaq xüsusunda hikmət sahibisən.