Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:13
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ قَدْ يَئِسُوا مِنَ الْآخِرَةِ كَمَا يَئِسَ الْكُفَّارُ مِنْ أَصْحَابِ الْقُبُورِ
13. Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi Axirət gününə də ümid etmirlər.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın qəzəbinə gəlmiş və axirət gününə inanmayan bir qövmlə dostluq etməyin. Kafirlər axirəti inkar etdiklərindən dolayı ölülərinin bir daha diriləcəyinə inanmadıqları kimi, axirət gününə də inanmırlar.