Surə 60 · Cüz 28

Al-Mumtahanah · 60:12

يَا أَيُّهَا النَّبِيُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ عَلَىٰ أَنْ لَا يُشْرِكْنَ بِاللَّهِ شَيْئًا وَلَا يَسْرِقْنَ وَلَا يَزْنِينَ وَلَا يَقْتُلْنَ أَوْلَادَهُنَّ وَلَا يَأْتِينَ بِبُهْتَانٍ يَفْتَرِينَهُ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ وَلَا يَعْصِينَكَ فِي مَعْرُوفٍ ۙ فَبَايِعْهُنَّ وَاسْتَغْفِرْ لَهُنَّ اللَّهَ ۖ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

12. Ey Peyğəmbər! Mömin qadın­lar Allaha heç bir şərik qoş­ma­ya­­caq­larına, oğurluq və zina etməyə­cək­lərinə, uşaq­la­rını öl­dür­mə­yə­­cəklərinə, əlləri ilə ayaq­ları arasından olanı ya­lanla ört-basdır et­məyə­cəklə­ri­nə (ər­lə­rindən olmayan uşaq­larını onlara isnad et­mə­yəcək­ləri­nə) və heç bir yaxşı işdə sə­nə qarşı çıx­mayacaq­la­rına dair sənə beyət etmək üçün ya­nına gəl­dikləri zaman onların beyə­ti­ni qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Həqi­qə­tən, Allah Bağış­­la­yandır, Rəhm­lidir.

Təfsir

Ey Peyğəmbər! Məkkənin fəthi günü olduğu kimi, əgər mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, əksinə, tək Allaha ibadət edəcəklərinə, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını cahiliyyətdən qalmış adətə görə öldürməyəcəklərinə, ərlərindən olmayan uşaqlarını yalandan onlara isnad etməyəcəklərinə və ölü üçün vay-şüvən salıb ağlamaq, saçları qırxmaq və paltarın yaxasını cırmaq kimi qadağan edilmiş əməllərdə sənə asi olmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəldikləri zaman onların beyətini qəbul et və onlar beyət etdikdən sonra Allahdan onların günahları üçün bağışlanma dilə. Həqiqətən də, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.

Oxuyucuda aç - Surəni tam oxu