Surə 6 · Cüz 7
Al-An'am · 6:84
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۚ كُلًّا هَدَيْنَا ۚ وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ ۖ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُودَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
84. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Təfsir
Biz İbrahimi oğlu İshaq və nəvəsi Yaqubla ruziləndirdik. Onların hər ikisini doğru yola müvəffəq etdik. Onlardan əvvəl Nuhu da doğru yola müvəffəq etmişdik. Biz Nuhun nəslindən olan Davudu və onun oğlu Süleymanı, Əyyubu, Yusifu, Musanı və onun qardaşı Harunu - aleyhimussəlam - da haqq yoluna müvəffəq etmişdik. Biz Peyğəmbərlərə etdikləri yaxşı əməllərinə görə bu mükafatı bəxş etdiyimiz kimi onlardan başqa yaxşı əməl sahiblərini də etdikləri yaxşı əməllərinə görə belə mükafatlandırırıq.