Surə 6 · Cüz 7

Al-An'am · 6:83

وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَىٰ قَوْمِهِ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ

83. Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə verdiyimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb­­həsiz ki, Rəb­bin hikmət sahibidir, hər şeyi bi­lən­dir.

Təfsir

Uca Allahın: (Əgər bilirsinizsə, deyin görək bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?) sözü, İbrahimin - aleyhissəlam - öz qövmünə qələbə çalıb və onların dəlillərini batil etdiyi dəlildir. Bu, Bizim dəlillərimizdir, biz İbrahimin - aleyhissəlam - öz qövmü ilə mübahisə etmək üçün onu bu dəlilə müvəffəq edib ona verdik. Biz istə­diyi­miz qulumuzun dünyada və axirətdə dərəcələrini ucaldarıq. Ey Peyğəmbər! Şüb­­həsiz ki, sənin Rəb­bin yaratmaqda, idarə etməkdə hikmət sahibidir və qullarından xəbərdardır.

Oxuyucuda aç - Surəni tam oxu