Surə 6 · Cüz 7

Al-An'am · 6:74

۞ وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ آزَرَ أَتَتَّخِذُ أَصْنَامًا آلِهَةً ۖ إِنِّي أَرَاكَ وَقَوْمَكَ فِي ضَلَالٍ مُبِينٍ

74. Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri mə­bud­lar­mı qə­bul edirsən? Mən səni və sənin qövmü­nü açıq-aydın azğın­lıq için­də görü­rəm”.

Təfsir

Ey Peyğəmbər! Bir zaman İbrahim - aleyhissəlam - müşrik atası Azərə: "Ey Atacan sən bütləri Allahdan başqa ibadət etdiyin mə­bud­ qə­bul edirsən?! Mən səni və sənin bütlərə tapınan qövmü­nü, Allahdan başqasına ibadət etdiyinizə görə, açıq-aydın azğın­lıq için­də olduğunuzu və haqq yoldan azdığınızı görü­rəm. Pak olan Allah haqq məbuddur. Ondan başqa olan məbudlar isə batildir"– dediyini yadına sal.

Oxuyucuda aç - Surəni tam oxu