Surə 6 · Cüz 7
Al-An'am · 6:73
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُنْ فَيَكُونُ ۚ قَوْلُهُ الْحَقُّ ۚ وَلَهُ الْمُلْكُ يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
73. Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!”– dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Hikmət sahibidir, hər şeydən Xəbərdardır.
Təfsir
Göyləri və yeri haqq olaraq xəlq edən Pak və Uca olan Allahdır. Allah: "Ol!"– dediyi gün hər şey olar. Qiyamət günü onlara: "Qalxın" – dedikdə onlarda qalxarlar. Onun sözü haqdır, mütləq baş verəcəkdir buna şübhə ola bilməz. İsrafil ikinci dəfə sura üfürüləcəyi Qiyamət günü hökm yalnız pak və uca olan Allaha məxsus olacaqdır. O, qeybdə və aşkarda nə varsa hamısını biləndir. O, yaratmağında və idarə etməyində hikmət sahibidir.Allah, Ona heç bir şey gizli qalmayan, hər şeydən xəbərdardır. Gizlində olan işlər Onun qatında aşkarda olan kimidir.