Surə 6 · Cüz 7
Al-An'am · 6:54
وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۖ أَنَّهُ مَنْ عَمِلَ مِنْكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَحِيمٌ
54. Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”.
Təfsir
Ey Peyğəmbər! Sənin gətirdiyin dinin doğru olduğuna şahidlik edərək ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara hörmət olaraq salamlarını qaytar və onları Allahın rəhmətinin geniş olması ilə müjdə ver. Allah qullarına bir lütf olaraq Özünə rəhmli olmağı əzəldən vacib etmişdir. Sizlərdən hər kəs cahillik və ya səfehlik üzündən günah iş görsə və günah etdikdən sonra tövbə edib əməllərini islah etsə, Allah onun günahını bağışlayar. Həqiqətən, Allah, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.