Surə 6 · Cüz 7
Al-An'am · 6:53
وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِيَقُولُوا أَهَٰؤُلَاءِ مَنَّ اللَّهُ عَلَيْهِمْ مِنْ بَيْنِنَا ۗ أَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ
53. Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?
Təfsir
Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq və onları dünya naz-nemətlərində bir-birindən fərqli etdik ki, qoy zəngin kafirlər yoxsul möminlərə belə desinlər: "Məgər Allah bizim aramızdan ancaq bu yoxsullara doğru yola göstərərək lütf etmişdir?! Əgər iman xeyirli bir şey olsaydı, onlar bu işdə bizdən qabağa düşə bilməzdilər, çünki öndə gedən yalnız bizik". Məgər Allah Onun bəxş etdiyi nemətlərə şükür edənləri daha yaxşı tanıyan, onları iman gətirməyə müvəffəq edən və Onun nemətlərini nankorluğ edənləri rəzil edib imana müvəffəq etməyən deyilmi?! Əlbətdə ki, Allah onları daha yaxşı tanıyır.