Surə 6 · Cüz 7

Al-An'am · 6:44

فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ حَتَّىٰ إِذَا فَرِحُوا بِمَا أُوتُوا أَخَذْنَاهُمْ بَغْتَةً فَإِذَا هُمْ مُبْلِسُونَ

44. Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar.

Təfsir

Onlar yoxsulluq və xəstəlik sıxıntısı səbəbində özlərinə edilmiş öyüd-nəsihəti unudub, Allahın əmrlərini tərk etdikləri zaman ruzi qapı­la­rını onların üzünə açaraq, onlara yoxsulluqdan sonra zənginlik, xəsdəlikdən sonra bədənlərinə sağalamlıq bəxş etdik, elə ki onlar, özlərinə ve­ri­lən nemətlərə görə təkəbbürlük edib, özlərindən razı qaldıqda isə on­ları qəf­lə­tən əzabımızla yaxaladıq və onlar ümüd içində yaşadıqları bir halda ümidsiz və heyrət içində qal­­dılar.

Oxuyucuda aç - Surəni tam oxu