Surə 6 · Cüz 7
Al-An'am · 6:43
فَلَوْلَا إِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا وَلَٰكِنْ قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ مَا كَانُوا يَعْمَلُونَ
43. Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl gösdərdi.
Təfsir
Heç olmasa bəlamız onlara gəldiyi zaman bəlanı onlardan sovuşması üçün Allah qarşısında zəlil olub, Ona boyun əysəydilər, Biz onlara rəhm edərdik. Lakin onlar bunu etmədilər, əksinə onların qəlbləri sərtləşdi və başlarına gələn bu bəladan ibrət çıxarıb, öyüd-nəsihət almadılar və şeytan da onlara etdikləri küfr və asi əməlləri gözəl gösdərdi və beləliklə də olduqları əməllər üzərində davam etdilər.