Surə 6 · Cüz 7

Al-An'am · 6:2

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا ۖ وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ ۖ ثُمَّ أَنْتُمْ تَمْتَرُونَ

2. Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz.

Təfsir

Ey İnsanlar! Atanız Adəmi - aleyihssəlam - palçıqdan yaratdığı zaman sizi də palçıqdan yaradan, son­ra da sizin dünya həyatında qalmanız üçün müəyyən vaxt təyin edən pak olan Allahdır. Allah Qiya­mət gü­nü qəbirlərdən dirilməyiniz üçün də yalnız Onun bildiyi bir vaxt təyin etmişdir. Bunu bildikdən sonra siz ye­nə də pak olan Allahın ölüləri diriltmə qüdrətinə şübhə edir­siniz!

Oxuyucuda aç - Surəni tam oxu