Surə 6 · Cüz 7

Al-An'am · 6:1

الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ

1. Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar.

Təfsir

Mütləq kamilliklə vəsf olunmaq, məhəbbətlə yanaşı ali gözəlliklərlə həmd-sənaya layiq olmaq, göyləri və yeri misli olmadan yaratmaq yalnız Allaha aiddir. O, bir-birini təqib edən gecə və gündüzü - gecəni zül­mət­, gündüzü isə nur üçün yaradmışdır. Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də başqalarını Ona tay tutub, onları Allah şərik qoşurlar.

Oxuyucuda aç - Surəni tam oxu