Surə 6 · Cüz 8

Al-An'am · 6:165

وَهُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ الْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ

165. Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir.

Təfsir

Sizi yerdiyi nemətlərlə imtahan etmək üçün və yer üzünü inşa edəsiz deyə sizi, sizdən əvvəl yer üzündə olub keşmiş insanların xə­ləf­ləri təyin edən, yaradılışda, ruzidə və s. bu kimi sifətlərdə bi­rinizi di­gə­rini­zin üstün dərəcələrə qal­dı­ran Allahdır. Ey Peyğəmbər! Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Qarşıda gələn hər bir şey yaxındır. Həqiqətən, Allah, Ona tövbə edən qullarını ba­ğış­la­yandır və onlara qarşı rəhm­lidir.

Oxuyucuda aç - Surəni tam oxu