Surə 6 · Cüz 8
Al-An'am · 6:164
قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُمْ مَرْجِعُكُمْ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ
164. De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir.
Təfsir
Ey Peyğəmbər! Müşriklərə de: "Məgər Pak və Uca olan Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbbmi axtaracağam?!" O, sizin Allahdan başqa ibadət etdiyiniz ilahların Rəbbidir. Günahkarın günahı isə bşqasına yüklənməz. Sonra Qiyamət günü dönüşünüz tək Rəbbinizə olacaq və O, dünyada ikən ixtilafa düşdüyünüz dini məsələlər barədə sizə xəbər verəcəkdir.