Surə 6 · Cüz 8
Al-An'am · 6:149
قُلْ فَلِلَّهِ الْحُجَّةُ الْبَالِغَةُ ۖ فَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
149. De: “Tutarlı dəlillər Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.
Təfsir
Ey Peyğəmbər! Müşriklərə de: "Əgər bu zəif dəlillərinizdən başqa sizin heç bir dəliliniz yoxdursa, gətirdiyiniz üzürləri və qəlbinizdə olan şübhələri batil edən tutarlı dəlillər ancaq Allaha məxsusdur. Ey Müşriklər! Əgər Allah sizin hamınızı haqqa müvəffəq etmək istəsəydi, müvəffəq edərdi".