Surə 6 · Cüz 8

Al-An'am · 6:148

سَيَقُولُ الَّذِينَ أَشْرَكُوا لَوْ شَاءَ اللَّهُ مَا أَشْرَكْنَا وَلَا آبَاؤُنَا وَلَا حَرَّمْنَا مِنْ شَيْءٍ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا بَأْسَنَا ۗ قُلْ هَلْ عِنْدَكُمْ مِنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا ۖ إِنْ تَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ أَنْتُمْ إِلَّا تَخْرُصُونَ

148. Müşriklər deyəcəklər: “Allah is­təsəydi, nə biz, nə də ata­la­rı­mız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bi­lərdik”. On­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab et­miş­di­lər. Axırda əza­bımızı dad­dılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq zənnə qapılır və an­caq yalan danı­şır­sı­nız”.

Təfsir

Müşriklər Allaha şərik qoşduqlarının doğruluğuna dair bunun Allahın istəyi və qüdrəti ilə olduğunu görə özlərinə bəraət qazandıraraq deyəcəklər: "Əgər Allah bizim və ata-babalarımızın Allaha şərik qoşmamasını is­təsəydi, biz Ona heç vaxt şərik qoşa bilməzdik. Əgər Allah bizim öz nəfsimizə haram etməyi istəməsəydi, biz haram özümüzə etdiyimiz şeylərdən heç bir şeyi haram edə bi­lməzdik". Onların bu batil dəlillərinə oxşar olaraq on­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab edərək belə demişdilər: "Əgər Allah bizim peyğəmbərləri yalan hesab etməyimizi istəməsəydi, biz heç vaxt onları yalan hesab edə bilməzdik". Beləliklə də, onlar əza­bımızı onlara dad­dırana qədər bu münvalla peyğəmbərləri yalan hesab etməkdə davam etdilər. Ey Peyğəmbər! Müşriklərə de: "Deyin görək, sizin Allaha şərik qoşmanızın Allahın buna razı olmasına, yaxud Allahın haram etdiyini halal və ya halal etdiyinidə haram etmənizə dair bir dəliliniz varmı?" Sizin cadəcə olaraq bunu etməyiniz, heç də Allahın bu işdən razı olduğuna dəlil deyil. Siz bu işdə ancaq zənnə qapılırsınız, zənn isə əsla həqiqət ola bilməz, siz an­caq yalan danı­şır­sı­nız.

Oxuyucuda aç - Surəni tam oxu