Surə 6 · Cüz 8

Al-An'am · 6:142

وَمِنَ الْأَنْعَامِ حَمُولَةً وَفَرْشًا ۚ كُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

142. Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir.

Təfsir

Böyük dəvə kimi üstündə yük daşımaqa yararlı olan və kiçik dəvə yaxud qoyun kimi üstündə yük daşımağa yararlı olmayan heyvanları da sizin üçün ya­radan Odur. Ey İnsanlar! Allahın sizə halal etdiyi bu ruzilərdən yeyin, müşriklərin etdiyi kimi, Allahın haram etdiyini halal və halal etdiyini isə haram edərək şeyta­nın addım izləri ilə get­məyin! Ey İnsanlar! Şübhəsiz ki, şeytan, sizdən Allaha asi olmanızı istəyən, ədavəti sizə açıq-aşkar olan düşməni­nizdir.

Oxuyucuda aç - Surəni tam oxu