Surə 6 · Cüz 8
Al-An'am · 6:141
۞ وَهُوَ الَّذِي أَنْشَأَ جَنَّاتٍ مَعْرُوشَاتٍ وَغَيْرَ مَعْرُوشَاتٍ وَالنَّخْلَ وَالزَّرْعَ مُخْتَلِفًا أُكُلُهُ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُتَشَابِهًا وَغَيْرَ مُتَشَابِهٍ ۚ كُلُوا مِنْ ثَمَرِهِ إِذَا أَثْمَرَ وَآتُوا حَقَّهُ يَوْمَ حَصَادِهِ ۖ وَلَا تُسْرِفُوا ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ
141. Talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.
Təfsir
Yer üzünə sərilmiş, talvar üzərində olan və talvarsız öz gövdəsi üzərində duran bostanları, dadları və zahiri görünüşü müxtəlif meyvəli xurma və dənli bitkiləri, yarpaqları bir-birinə bənzəyən, dadları isə bir-birindən fərqli olan zeytunu və narı yaradan pak olan Allahdır. Ey İnsanlar! Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü onun zəkatını verin, lakin yedikdə və xərclədikdə şəri hüdudları aşmayın. Allah bu və digər işlərdə Onun hüdudlarını aşanları sevməz, əksinə belə kimsələrə qəzəblənər. Bunların hamısını yaradan, bu nemətləri qullarına halal edən Allahdır. Müşriklərin bunları haram etməyə heç bir haqqı yoxdur.