Surə 6 · Cüz 8

Al-An'am · 6:122

أَوَمَنْ كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَنْ مَثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُوا يَعْمَلُونَ

122. Məgər ölü ikən dirilt­di­yi­miz və özünə də insanlar ara­sın­da gəzmək üçün nur ver­di­yi­miz şəxs qaranlıqlar için­də qa­lıb ora­dan çıxa bilməyən kəs ki­mi ola bi­lərmi? Kafirlərə gör­dük­­lə­ri işlər be­ləcə gözəl­ləş­di­rildi.

Təfsir

Məgər Allah onu doğru yola yönəltməzdən əvvəl küfr, cəhalət və günahlar içərisinidə ölü ikən imana, elmə və itaətə yönəldərək dirilt­di­yi­miz şəxs zülmətlər, küfür, cəhalət və günahlar için­də qa­lıb, yolunu azmış, qaranlıqlar onu hər təfəfdən bürüyüb ora­dan çıxa bilməyən kimsə ilə eyni səviyyədə ola bi­lərmi?! Müşriklərə Allaha şərik qoşmağı, ölmüş heyvan ətindən yeməyi, batilə görə mübahisə etməyi gözəl­ləş­di­rildiyimiz kimi kafirlərə də qiyamət günü ağrıdıcı əzab verməyimiz üçün onlara etdikləri günah əməlləri be­ləcə gözəl­ləş­di­rildi.

Oxuyucuda aç - Surəni tam oxu