Surə 6 · Cüz 8

Al-An'am · 6:121

وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ ۗ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَىٰ أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

121. Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız.

Təfsir

Ey Müsəlmanlar! Üstündə Allahdan qeyrisinin adı çəkilib və ya çəkilməməsindən aslı olmayaraq, Allahın adı çə­ki­lməmiş – "bismilləh" deyi­lib kə­­sil­mə­miş heyvan­lar­ın ətindən ye­məyin. Çünki bu cür kəsilmiş heyvanın ətindən yemək, Allaha itaətdən çıxıb asiliyə meyl etməkdir. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larının qəlbinə şübhə salaraq ölmüş heyvan ətindən yemək barədə si­zinlə mü­bahisə etmək üçün onlara vəsvəsə edir­lər. Ey Müsəlmanlar! Əgər onların ölmüş heyvanın halal olması barədə qəlbinizə şübhə saldıqları şeydə onlara itaət etsəniz, söz­süz ki, siz və onlar Allaha şərik qoşmaqda eyni səviyyədə olarsınız.

Oxuyucuda aç - Surəni tam oxu